
Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsi Layihələrin idarəolunması, humanitar məsələlər və İKT şöbəsinin müdiri
Cahid İsmayıloğlu Kazımov 1983-cü il sentyabr ayının 9-da Azərbaycan SSR Cəbrayıl rayonunun Soltanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində tamamlamış və 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olaraq, «Nəşriyyat işi və redaktəetmə» ixtisası üzrə bakalavr pilləsini 2003-cü ildə bitirmişdir. Həmin il «Dilşünaslıq» istiqamətinin «Türkologiya» (Türk dilləri) ixtisası üzrə magistraturaya daxil olmuş və oranı 2005-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuş, aspirant olduğu müddətdə «Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərində onomastik leksika» mövzusunda namizədlik dissertasiyası üzərində işi vaxtından əvvəl başa çatdırıb, 2009-cu ildə uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
İlk dəfə, 1999-cu ildən «Respublika» qəzetində müxbir vəzifəsi ilə işə başlamış, bir müddət mətbuat sahəsində təcrübi fəaliyyətlə məşğul olmuşdur. Sonradan informasiya-kommunikasiya texnologiyaları biznesi sahəsində çalışmış, bu sahədə təcrübə toplayaraq mütəxəssis kimi hal-hazırda fəaliyyət göstərir. O, «WebStudio.Az MMC» şirkətinə rəhbərlik etməkdədir.
Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışır.
Mütəmadi olaraq beynəlxalq elmi konfrans, sempoziumlar və tədbirlərdə ölkəmizi təmsil etməkdədir.
İndiyə qədər onun onlarla elmi, publisistik məqalələri, tezisləri çap olunmuşdur. Cahid İsmayıloğlunun «XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğatit-türk» əsəri əsasında)» adlı monoqrafi yası 2008-ci ildə işıq üzü görmüşdür.
Müəllifin elmi-publisistik, ədəbi-bədii, ictimai fəaliyyəti kitab şəklində nəşr edilmişdir. “Elm” nəşriyyatında çapdan çıxmış nəşrdə müəllifin tədqiqatları, elmi-publisistik məqalələri, rəyləri, müsahibələri, bloq yazıları, şeir və hekayələri toplanmışdır. Yazılar 2000-ci ildən bugünədək olan dövrü əhatə edir.
Nəşrdə toplanılmış yazılarda dil tarixi, etnik tariximiz və dilimiz, gənclərin elmə marağının artırılması, dil problemləri, ədəbiyyatda Qarabağ problemi, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının elmin bütün sahələrinə tətbiqi və digər mövzular öz əksini tapmışdır.
Cahid İsmayıloğlu hal-hazırda Xəzər Universiteti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, “Azərbaycan ədəbi dilinin tarixi”, “Dilçiliyin əsasları”, “Yazıya giriş”, “Müasir Azərbaycan dili”, “Azərbaycan dili və nitq mədəniyyəti”, “Nitq mədəniyyəti və üslubiyyat” fənnlərini tədris edir.
O, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda, “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası ilə elmlər doktoru hazırlığı üzrə doktoranturada, «Azərbaycan mühitində dil siyasəti və dil situasiyası» adlı doktorluq dissertasiyası üzərində işləyir.
Cahid İsmayıloğlu “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatının üzvüdür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və Elmi Şuranın üzvüdür.
2019-cu il yanvar ayının 3-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Təbliğat, informasiya və analitik təhlil şöbəsi, İnformasiya texnologiyaları və texniki təhcizat sektorunun müdiri vəzifəsinə təyin edilib.
Cahid İsmayıloğlu, diasporumuzun, Qarabağ probleminin, Azərbaycan mədəniyyətinin, dilinin, ədəbiyyatının, elminin təbliği ilə internetin yayılmağa başladığı ilk günlərdən məşğul olmuşdur.
Evlidir. İki övladı var.
Monoqrafiya
1. XI yüzilliyin tarixi onomastik leksikası (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). (Monoqrafiya). Bakı: Elm, 2008. 231 s.
2. Cahid İsmayıloğlunun məqalələr toplusu. (kitab). Bakı: Elm, 2013. 488 s.
Elmi məqalələr
2016
1. I Türkoloji Qurultayın dil quruculuğuna təsiri. “Müasir dilçiliyin aktual problemləri” (Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunur) mövzusunda Beynəlxalq elmi konfrans (24-25 noyabr 2016-cı il). Sumqayıt, 24-25 noyabr 2016-cı il, s. 312-313.
2. Azərbaycanda dil situasiyasına təsir edən amillər. I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq Konfrans. 2016-cı il, 20-21 oktyabr, s. 192-195.
3. Azərbaycanda dil siyasəti və dil situasiyası: ciddi müqavimətlər müstəvisində (1950-ci illər, stenoqramların dili ilə). 29-30 Aprel tarixlərində keçiriləcək “Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı”. Materiallar, II kitab, Bakı-2016, s. 979.
2015
1. Akademik Məmmədağa Şirəliyev. «Türkologiya» jurnalı, «Elm», №3, 2015, s. 12-17.
2. Azərbaycanda dil siyasətinin əsas prinsipləri və istiqamətəri: metodoloji yanaşmalar. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VI Beynəlxalq elmi konfransın materialları. II hissə, səh.: 70-72, 5-7 may 2015-ci il.
3. Heydər Əliyevin dil doktrinası. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Heydər Əliyev və dil” mövzusunda elmi-praktiki konfrans. 30 aprel 2015.
4. Azərbaycanın dövlət dil siyasəti, Azərbaycan dövlətçilik tarixinin tərkib hissəsidir. – Çapda.
5. Müstəqillik şəraitində Azərbaycan cəmiyyətinin dil həyatı və fərqli sosiolinqvistik şərtlərin yaranması. KAFKAS ÜNİVERSİTESİ, Fen-Edebiyat Fakültesi, ÇAĞDAŞ TÜRK LEHÇELERİ VE EDEBİYATLARI BÖLÜMÜ Azerbaycan Dili ve Edebiyatı Anabilim Dalının 10.Yıl Dönümü Münasebetiyle “Azerbaycanşinaslık: Geçmişi, Bugünü ve Geleceği” adlı Uluslararası Sempozyum, 21–23 Ekim 2015 , Kars, Sayfa 158-162 / 912.
2014
1. Azərbaycanda dil siyasətinin elmi-nəzəri əsasları. Bakı Qızlar Universitetinin elmi əsərləri, №4 (20). Bakı-2014, s.24-31.
2. “Dil siyasəti və dil situasiyası sosiolinqvistikanın predmeti kimi” – AMEA Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universiteti. Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunmuş “Sələflər və xələflər” mövzusunda I Beynəlxalq Simpoziumunun materialları, 22-24 oktyabr, 2014-cü il. Bakı, “Elm və təhsil”, 2014, s. 321-322.
2013
1. Kompüter dilçiliyi (Resenziya). «Türkologiya» jurnalı. (Professor İsmayıl Kazımovla birlikdə). «Elm», №2, 2013. s.93-101.
2. Azərbaycan ədəbi dilinin tarixi. «Türkologiya» jurnalı. (Professor İsmayıl Kazımovla birlikdə). «Elm», №1, 2013. s.83-93
3. Ədəbi türkcəmizin tarixi problemi Tofiq Hacıyev konsepsiyasında. «Kredo» qəz., 20 aprel 2013-cü il, s. 7-8. (Professor İsmayıl Kazımovla birlikdə).
2012
1. Dil situasiyasının tipologiyası (Azərbaycan mühitində). (“Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans). Nəsimi adına Dilçilik İnstitutunun əsərləri – 2012, Xüsusi buraxılış, s. 94-96.
2. «Danışan adlar» və yaxud insan tarixinin kodları (Prof. Adil Bağırovun Naxçıvan onomastikası haqqında əsərlərinə bir baxış), «Paritet» qəz., 26-27 iyul 2012-ci il.
3. Çağdaş Türk Dillerinde Kesik Tümce Kıyaslamala Kavramı olarak (Çağdaş türk dillərində söz-cümlə müqayisə predmeti kimi). VII Türk Dili Kurultayı, 24-28 Eylül 2012, Ankara.
2011 və digər…
1. Türk dillərində söz-cümlə və vokativ cümlələr. «Türkologiya» jur., Bakı, Elm, 2011, №4, s. 26-46.
2. Etnik Tarihimize ve dilimize yeni bakış açısı. «Dil Araştırmaları» (uluslararası hakemli dergi), Sayı: 4, Bahar. Ankara, 2009. 174-179 ss.
3. Mahmud Kaşğarlının «Divan»ındakı toponimlərin Azərbaycan ərazisində izləri. Onomastika – Elmi-onomastik jurnal, Bakı, ADPU, 2008. № 1-2. s. 154-161.
4. Mahmud Kaşğarlının «Divan»ında şəhər adları (Çoxadlılıq məsələləri). Azərbaycan onomastikasında gedən proseslər. Respublika konfransının materialları. Bakı, 2008. s. 67-71.
5. Mahmud Kaşğarlı və tarixi onomastika məsələləri. «Türkologiya» jur., (3-4). Bakı, Elm, 2008. №3-4. s. 90-96.
6. Türk Dillerinin Kamusu. Gazi Üni. Fen Edebiyat Fak. Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü. Ankara, 2008.
7. Kaşgarlı Mahmut’un «Divan»’ında şehir adları (çok adlılık meseleleri). Ege Üniversitesi Edebiyat Fakültesi Yayınları, Türk Dili ve Edebiyatı Araştırmaları Dergisi, Sayı: 15. Türkiye / İzmir, Ege Üniversitesi Basımevi, 2008. 203-207 ss.
8. Mahmud Kaşğarlının «Divan»ında onomastik terminlər. Terminologiya məsələləri. Bakı, Elm, 2007. s. 159-164.
9. Mahmud Kaşğarlının lüğətində hidronimlər. Tədqiqlər – 1. Bakı, Nurlan, 2007. s. 108-113.
10. Tarixi onomastik leksikada şamanizmin izləri (Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsəri əsasında). Tədqiqlər – 3. Bakı, Nurlan, 2006. s. 311-317.
11. Mahmud Kaşğarlının «Divan»ında oğuz boyları. «Elmi axtarışlar», XXVII toplu. Bakı, Səda, 2006. s. 134-139.
12. Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərində antroponimik leksikanın ümumi mənzərəsi. AMEA aspirantlarının elmi konfransının materialları (Məcmuə). II hissə. Bakı, «Elm», 2006. s. 218-219.
13. Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərində Manqışlaq, Mankənd və Mangüz toponimləri. Tağıyev oxuları, Beynəlxalq elmi konfrans, 1-2 iyun 2006-cı il. Bakı Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzi, 2006. s. 142-145.
14. Feilin qrammatik məna növlərinin inkişafı (M.Kaşğarlının «Divan»ı əsasında). Bakı Slavyan Universiteti, «Müasir dilçiliyin problemləri». Beynəlxalq Elmi Konfrans. Bakı, 2005. s. 123-124.
15. Mahmud Kaşğarinin «Divani lüğat-it türk» əsərində feil yaradıcılığı (adlar əsasında). Magistrantların IV Respublika Elmi Konfransı. Sumqayıt, 2004. s. 203-204.
16. Mahmud Kaşğarinin «Divan»ında feillərin struktur-semantik inkişafı. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər-3. Bakı, Elm, 2004. s. 55-59.
17. Mahmud Kaşğarinin «Divan»ında qədim feil kökləri və onların türk dillərində qalıqları. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi. Milli-mədəni irsimiz ən qiymətli sərvətimizdir (Elmi-praktik konfransda dinlənilən məruzələr). Bakı, 2004. s. 82-84.
18. Azərbaycan dilçiliyinə layiqli töhfə. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər-4. (prof. M.Mahmudovla birgə). Bakı, Elm, 2004. s. 314-318.
19. Azərbaycan dilində qrammatik norma və normalaşma məsələlərinin tədqiqi. Tədqiqlər-3. Bakı, Elm, 2004. s. 53-57.
20. Etnik tariximizə və dilimizə yeni baxış. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər-4. Bakı, «Elm» nəşriyyatı, 2003. s. 323-332.
21. «Xudafərin» qəzetinin dili və üslubu. «Xudafərin» qəz., №7-9, 6 iyun 2002-ci il, s.2.
Publisistik məqalələr
1. Gənc alimlərə işıq tutan elm. «Azərbaycan dilçiliyi: Sələflər və xələflər» elmi konfransı. Bakı, 2012, səh. 77-78.
2. Esse dili və ya xırman sovruğa gələn vaxt. «525-ci qəzet», 20-21 sentyabr 2012-ci il.
3. Yazıçının obrazlı dili (Əli İldırımoğlunun yaradıcılığı barədə qeydlər). «525-ci qəzet», 10-11 iyul 2012-ci il.
4. Cəbrayıl rayonu: on yeddi il əvvəl, on yeddi il sonra… «Kredo» qəz., 25 sentyabr 2010.
5. Tarixi yurd yerlərimiz – Qarabağın qapısı Cəbrayıl. «Xalq qəzeti», 29 sentyabr 2010.
6. Böyük bir məktəb – professor Qəzənfər Kazımov. «Tədqiqlər», 2007, №3, s. 36-44.
7. Raf. (hekayə). «Xudafərin» qəz., 19 fevral 2004.
8. Ömrü sözün içində… (Ə.Cabbarlı. Özümlə bir ətək daş gəzdirirəm. Bakı, Azərnəşr, 2002), «Ədalət» qəz., 12 dekabr 2002-ci il, №232.
9. Qatar Horadizdə – «Qara düz»də dayanır… «Kredo» qəz., 18, 25 yanvar 2000.
10. Dəyərli dərslik. «Naxçıvan» qəz., 29 dekabr 2000-ci il, №33.
Müsahibələr
1. Dilimizin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. «Xalq qəzeti», 9 aprel 2014.
2. Azərbaycanda azad internet mühiti mövcuddur. «Palitra» qəz., 22 may 2013.
3. İnformasiya təhlükəsizliyinə təhdidlər təhlükəli amilə çevrilmişdir. «Xalq qəzeti», 30 sentyabr 2011.
4. Bələdiyyələr tam şəkildə internetə çıxışlarını təmin edə bilməyiblər. Gün.Az, 19 sentyabr 2011.
5. Gənclərin elmə marağı artırılmalıdır. «Xalq qəzeti», 19 may 2010.